
Simpsons seriyası gələcəyi proqnozlaşdırmaqla məşhurdur. İndi də serialın Twitter-in yenilənəcəyini və adını dəyişəcəyini əvvəlcədən bildiyi gündəmə gəlib.
2022-ci ildə şirkəti aldıqdan sonra 52 yaşlı milyarder İlon Mask keçən həftə bir sıra tvitlərində sosial media platformasındakı ən son şoku açıqlayıb. Məşhur mavi quş loqosu X ilə əvəz olunub və X.com domeni indi istifadəçiləri Twitter saytına yönləndirir.
Ancaq illər öncə Homerin Simpsons seriyasının 2012-ci il epizodunda yeni loqoya bənzəyən bir tətbiqdən istifadə etdiyi görülür. Pərəstişkarları bunu gördükdən sonra səhnə sosial mediada geniş yayılıb.
Doqquz il əvvəl “Ned 'n' Edna's Blend Agenda'” seriyasında yayımlanan səhnədə X adlı platforma görünür. Naviqasiya zamanı Homerin smartfonundakı proqramlar və əsas ekranda Twitter-in yeni X loqosuna çox bənzəyən proqram nəzərə çarpılır. X loqotipini əks etdirən bəzi photoshop versiyaları əvvəllər dərc edilsə də, lakin sonradan saxta olduğu müəyyən edilib.
Serial koronavirus pandemiyası və Donald Trampın prezidentliyi də daxil olmaqla bir sıra hadisələri proqnozlaşdırdığı üçün gündəmə gəlib. Onların bu qədər hadisəni necə qabaqcadan bilməsi və proqnozlaşdırması həyatın sirləri arasındadır.
Mənbə: CNN türk
Tərcümə etdi: Lalə Mənəfova
