Bu gün:

Gənc macəraçı qadınlar


25 yaşı tamam olmamışdan əvvəl onlar yetkinliyin ən çətin macəralarına başlamışdılar.Bəlkə də, bu macəralar kimlərəsə ilham olacaq.

Qütb tədqiqatçısı Jade Hameister

Avstraliyalı Jade Hameister 16 yaşında artik səyahətə başlayan ən gənc insan kimi tarixə düşdü. O bu cəsarəti 12 yaşında "Everest ana" düşərgəsinə səyahət edərkən tanış olduğu iki qadından alıb. Jade Şimal Qütbü, Qrenlandiya və Cənub Qütbünü gəzib. Qarla örtülmüş Şimal qütbünə ekspedisiyasında atası və bələdçisi onu müşayiət edib. Ümumilikdə, 75 gün davam edən fırtınalardan sağ çıxararaq təslim olmayıb. Jalde bir müddət sonra sosial media hesablarına qoşulub vəziyyəti ilə bağlı müxtəlif fotolar paylaşıb. Jade Hameister evinə qayıtdıqdan sonra hekayələrindən ibarət kitab belə yazıb.

Dünyanı yalnız gəzən Laura Dekker

Holland əsilli gənc dənizçi Laura Dekkerin ilk hekayəsi 14 yaşında başlayıb. Laura Dekker bu qərarı 8 yaşında ikən dünyanı tək gəzmiş amerikalı dənizçi Tania Aebinin "Tək başına" kitabını oxuduqdan sonra verib. Tania Aebi səfərdə tək olmadığı üçün dünyanı tək başına dolaşan ən gənc insan tituluna nail olmayıb. Lakin bu Dekkerə ilham verib. Laura Dekker isə 16 yaşında yelkənli qayıqla dünyanı dövrə vuran ən gənc insan idi. Lakin "Ginnesin Rekordlar Kitabı" bu addımı təhlükəli hesab etdi. Digər gənclər eyni səfəri təkrar etməsin deyə rekordu tanımadı və 16 yaşından öncə başladığı üçün təsdiqləmədi.

Tək başına cənub yarımkürəsini gəzən Jessica Watson 

Avstraliyalı Jessica Watson Laura Dekker kimi dənizçidir. 1993-cü ildə anadan olan Uotson 220 günlük dəniz macərasını təkbaşına başa vuranda cəmi 16 yaşında idi. Cənub yarımkürəsini təkbaşına gəzdikdən sonra o,  Avstraliya medalı mükafatını alıb və baş nazir tərəfindən rəsmən “qəhrəman” elan edilib. Lakin Jessica bildirdi ki, o, özünü qəhrəman hesab etmir, sadəcə arzusu olan və onun üçün çox çalışan adi bir insandır. Hər şeyin mümkün olduğunu söyləyən Jessica Watson səyahətindən əvvəl disleksiya ilə mübarizə aparan bir gənc idi. O səyahətindən sonra bir kitab nəşr edib.

Amazona səfər edən macəraçı Laura Bingham

Laura Bingham velosipedi ilə Cənubi Amerikaya yola düşəndə cibində heç bir pul olmayıb. O səyahətini əvvəldən sona qədər tamamlayıb. Yolda aldığı yardımlar, yeməklər onun ehtiyaclarını qarşılayıb. Bingham Amazonun məşhur macəra adamı Ed Staffordla evlənərək bir oğul dünyaya gətirib. O hələ də həyat yoldaşı ilə və ya tək başına səyahət edir, uşaq kitabları yazır, proqramlar hazırlayır, həmçinin o, timsahlar, piranhalar, əqrəblər və yaquarlarla dolu təbii mühitə enən ilklərdən olub. Buna görə də kəşfiyyatçı tituluna malikdir. 

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş