Bu gün:

Dünyanın ən güclü raketi Starship niyə partladı?


Dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış sistemi olan "Starship"-in ilk uçuş sınağı aprelin 20-də həyata keçirilib. Uğurla havaya qalxan "Starship" təxminən 39 kilometr yüksəkliyə çatdıqdan sonra hündürlüyü itirərək dönməyə başladı və bir müddət sonra havada partladı.


"Starship" sistemi "Super Heavy" adlı raket sistemindən və "Starship" adlı kosmik gəmidən ibarətdir. "Super Heavy"-də 33 raket mühərrikinin birlikdə işləməsi hədəflənir. Atış anının videolarında "Starship"-in raket mühərriklərindən üçünün havaya qalxdıqdan dərhal sonra işləmədiyi görülüb. Ulduz gəmisi yüksəlməyə davam etdikcə digər mühərriklər də nasaz olub. Uçuşdan təxminən 3 dəqiqə sonra "Straship" hündürlüyünü itirməyə və öz ətrafında dönməyə başlayıb. Daha sonra "Starship"-in Uçuş Sonlandırma Sistemi işə salınıb. Bu sistem kosmik gəminin parçalarının yerdəki insana dəymə ehtimalından əvvəl havada sürətlə məhv edilməsinə imkan verir.

SpaceX "Starship"-in raket mühərriklərində yaranan nasazlığın səbəbi və raketin ilk uçuş cəhdinin niyə uğursuzluğa düçar olması barədə məlumat paylaşmayıb. Lakin buraxılış anının videoları və buraxılışdan sonrakı fotoşəkillər göstərir ki, uçuş zamanı raketdən buraxılan yüksək temperatur və sürətli qazlar uçuş platformasını zədələyib. Ehtimal olunur ki, uçuş platformasından beton parçaları raket mühərriklərinə zərər vurmuş ola bilər.

Buraxılışdan sonrakı fotoşəkillər göstərir ki, uçuş zamanı raketdən çıxan yüksək temperatur və yüksək sürətli qazlar uçuş platformasını zədələyib. Raketdən çıxan yüksək sürətli isti qazların buraxılış platformasına və buraxılış zamanı ətraf mühitə zərər verməsinin qarşısını almaq üçün atış platformalarının altında tez-tez alov yönləndirmə sistemi quraşdırılır. Lakin SpaceX "Starship"-in buraxılışı zamanı belə bir sistemdən istifadə etməyib.

NASA-nın Kennedi Kosmik Mərkəzindəki 39A buraxılış yerində alov yönləndirmə sistemi var. İnsanları Aya və Marsa daşımaq üçün SpaceX tərəfindən hazırlanmış "Starship" NASA tərəfindən insanlı dərin kosmos missiyaları üçün hazırlanmış Kosmosa Başlatma Sistemindən (SLS) təxminən iki dəfə daha çox itələmə və faydalı yük daşımaq üçün hazırlanmışdır.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et