Bu gün:

"Liverpool"-dan inamlı qələbə


İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpool FC" öz meydanında "Fulham FC" üzərində inamlı qələbə qazanıb və turnir cədvəlində mövqeyini möhkəmləndirib.

Oyun zamanı “Enfild”-dən alınan möhtəşəm kadrlar

24media.az "sporx.com"-a istinadən bildirir ki, “Enfild Roud” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib. "Liverpool FC" ilk hissədə rəqib qapısı önündə daha təhlükəli hücumlar qurub və hesabı açmağı bacarıb.

36-cı dəqiqədə gənc hücumçu Rio Nqumoha dəqiq zərbə ilə hesabı açıb və komandasını önə keçirib. Bundan cəmi dörd dəqiqə sonra isə komandanın lideri Mohamed Salah fərqlənib və üstünlüyü artırıb.

İkinci hissədə də oyun tempini nəzarətdə saxlayan “qırmızılar” müdafiədə etibarlı çıxış edib və hesabı qoruyaraq görüşü 2:0 hesablı qələbə ilə başa vurub.

Bu nəticə ilə üç turdan sonra qələbə qazanan "Liverpool" xallarını 52-yə çatdırıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Son oyunlarda qeyri-sabit çıxış edən "Fulham" isə 44 xalla yerində qalıb və son dörd turda ikinci məğlubiyyətini alıb.

Növbəti turda "Liverpool" prinsipial Merseyside Derby çərçivəsində səfərdə "Everton" ilə üz-üzə gələcək.

"Fulham" isə səfərdə "Brentford" ilə qarşılaşacaq.

Bu qələbə “Liverpul”-un mövsümün həlledici mərhələsində sabitlik tapdığını göstərib və komandanın Avropa kubokları uğrunda mübarizədə iddiasını daha da gücləndirib.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et