Almaniya Bundesliqasının 29-cu turunda səfərdə liqanın sonuncusu “Haydenhaym”a 3–1 hesabı ilə məğlub olan “Yunion Berlin” klubunda baş məşqçi Şteffen Baumqartın vəzifəsinə son verilib. Komandaya rəhbərlik Mari-Luiza Etaya həvalə edilib.
Futbol meydançasının qarşısından Mari Luiza Eta
Bu qərarla Almaniya Bundesliqasında bir ilk yaşanıb. “Yunion Berlin” tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib və Eta liqa tarixində bu vəzifəyə gətirilən ilk qadın mütəxəssis olub.
Mari-Luiza Eta bundan əvvəl klubun U-19 komandasına rəhbərlik edib. Bundesliqada son üç oyunda qələbə qazana bilməyən “Yunion Berlin” hazırda 32 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
