Bu gün:

Ançelotti: "Neymarın özünü sübut etmək üçün iki ay vaxtı var"


Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın bu ilki Dünya Çempionatı üçün müəyyən ediləcək 26 nəfərlik heyətdə yer alma ehtimalını istisna etməyib. Təcrübəli mütəxəssis hücumçunun lazımi keyfiyyətlərə malik olduğunu sübut etmək üçün iki ay vaxtı olduğunu bildirib.

Neymar "Santos"un heyətində meydanda

24media.az Reuters-ə istinadən bildirir ki, Ançelotti ardıcıl olaraq vurğulayır ki, tam formada olacağı təqdirdə Neymarın heyətə düşmək şansı var. Lakin buna baxmayaraq, ulduz futbolçu ötən ay Fransa və Xorvatiyaya qarşı keçirilən yoldaşlıq görüşləri üçün heyətə dəvət olunmayıb. 

Nazim Xeyrxəbərli

Paylaş