Çobani Stadının Feneryum mağazasında təşkil olunan imza günü tədbiri böyük marağa səbəb olub. "Fənərbaxça" azarkeşləri səhər saatlarından etibarən mağazanın qarşısında toplaşaraq uzun növbələr yaradıb.

N'Qolo və Ləvənt Mərcan azarkeşlərlə şəkil çəkdirərkən
Tədbirdə N'Qolo Kante və Ləvənt Mərcan azarkeşlərlə bir araya gələrək onların formalarını imzalayıb və xatirə şəkilləri çəkdiriblər.
İmza günü ərzində mağazanın ətrafında həm izdiham, həm də yüksək coşqu müşahidə olunub. Klub rəhbərliyi tədbirin uğurla keçdiyini və gələcəkdə də bu tip görüşlərin davam etdiriləcəyini bildirib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
