UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərə təmsilçisi Aston Villa səfərdə İtaliyanın Bolonya klubuna qarşı inamlı oyun nümayiş etdirərək vacib qələbə qazanıb.
Olli Uotkinsin vurduğu qolu bu cür qeyd edib.
24media.az sporx.com-a istinadən bildirir ki,görüş Renato Dall'Ara Stadium stadionunda keçirilib və qarşılaşmaya ev sahibləri daha fəal başlasa da, ilk hissənin sonlarına doğru təşəbbüs tamamilə qonaq komandanın tərəfinə keçib. Oyunun 44-cü dəqiqəsində müdafiəçi Ezri Konsa standart vəziyyətdən sonra cərimə meydançasında düzgün mövqe seçərək hesabı açıb.
İkinci hissədə “Aston Villa” sürətli əks-hücumlarla rəqibi təzyiq altında saxlamağa davam edib. Komandanın hücum xəttinin əsas fiqurlarından olan Ollie Watkins 51-ci dəqiqədə fərdi ustalığını göstərərək hesab arasındakı fərqi artırıb.Ev sahibləri 90-cı dəqiqədə vurulan toplardan birinin əvəzini çıxıb.Qarşılaşmanın son dəqiqələrində oyun daha da açıq xarakter alıb və əlavə olunmuş vaxtda Watkins dubla imza ataraq Aston Villanın 3-1-lik qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra “Aston Villa” cavab oyunu öncəsi üstün vəziyyət qazanıb. Komandalar aprelin 16-da yenidən qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda FC Porto – Nottingham Forest cütünün qalibi ilə oynayacaq.
Ömər Cəfərov
