"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın kapitanı Bernardo Silvanın klubda qalmasını arzuladığını, lakin son qərarın futbolçunun özünə məxsus olduğunu bildirib.

Portuqaliyalı ulduz Bernardo Silva "Etihad" stadionunda azarkeşləri salamlayarkən
24media.az "BBC-Sports"a istinadən bildirir ki, 31 yaşlı Silvanın müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçunun adı artıq "Barselona", "Yuventus" və "MLS" klubları ilə hallanmağa başlayıb. Ötən həftə klubun köməkçi məşqçisi Pep Lijndersin "hər gözəl hekayənin bir sonu var" ifadəsi isə Silvanın 9 illik "şəhərli" karyerasının bitə biləcəyi ehtimallarını gücləndirib.
Qvardiola mətbuata verdiyi açıqlamasında Bernardonun komanda üçün əvəzolunmazlığını vurğulayaraq deyib: "Onun karyerasını burada bitirməsini çox istərdim. O, hər zaman ən çətin anlarda və ən böyük səhnələrdə məsuliyyəti üzərinə götürən, içində sonsuz futbol alovu olan bir oyunçudur".
Xatırladaq ki, Bernardo Silva 2017-ci ildə Fransanın "Monako" klubundan transfer olunub. O, ötən ay "Arsenal"a qarşı keçirilən EFL Kuboku matçında "Mançester Siti" forması ilə 450-ci oyununa çıxıb. Kevin De Brüyne klubdan ayrıldıqdan sonra isə Silvaya komandaya kapitanlıq etmək həvalə edilib.
Futbolçunun klubdakı gələcəyi və transfer pəncərəsində atacağı addımlar yaxın həftələrdə dəqiqləşəcək.
Fatimə Salmanlı
