Mahaçqala "Dinamo"-sunun baş məşqçisi Yevseyev müsahibədə söyüş söydüyünə görə cərimələnib. Yevseyev "Baltika" ilə matçda 37 saniyəlik flaş müsahibədə 12 dəfə söyüş söyüb.

Yevseyev
Komandalar 2-2 hesabı ilə heç-heçə ediblər.
"Biz özümüzü bir qola, sonra isə digərinə buraxırıq. Əgər futbolçu topu rəqibə ötürürsə, onda VAR nədir axı?", - Yevseyev oyundan sonra deyib.
Nəticədə RFU Nəzarət və İntizam Komitəsi (CDC) Yevseyevi idmançıya yaraşmayan davranışa görə 100.000 rubl cərimə etmək qərarına gəldi. Bu, İntizam Əsasnaməsinin 96-cı maddəsinə və RFU İntizam Əsasnaməsinin 1 nömrəli Əlavəsinin 17-ci bəndinə uyğun olaraq edildi.
Daha əvvəl Sankt-Peterburqun " Zenit" voleybol klubunun baş məşqçisi Vladimir Alekno da söyüş söydüyünə görə eyni məbləğdə cərimələnib . O, fevralın 15-də "Beloqorye" ilə oyunda hakimə qarşı ədəbsiz ifadələr, eləcə də təhqiramiz sözlər və ifadələr işlədib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
