NASA-nın Artemis proqramı insanlığı yenidən Aya qaytarmağı və gələcəkdə Marsa çatmağı hədəfləyir. Artemis II missiyası ilə astronavtlar Ay ətrafında uçuş həyata keçirəcək. Bu proqram uzun illərin zəhməti və böyük maliyyə nəticəsində reallaşıb.
Ay zəngin təbii resurslara, o cümlədən nadir elementlərə və buz halında su ehtiyatlarına malikdir. Bu resurslar həm kosmosda yaşam, həm də texnoloji inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Ay, Marsa uçuşdan əvvəl texnologiyaların sınaqdan keçirilməsi üçün ən uyğun məkandır. Artemis proqramı həm elmi kəşflər, həm də kosmosda liderlik uğrunda rəqabət baxımından vacibdir. Bu missiyalar insanlığın Marsa gedən yolunu daha təhlükəsiz edəcəyi düşünülür. Həmçinin, bu layihə yeni nəsildə elm və texnologiyaya marağı artırması hədəflənib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
