ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən oyunda “Oklahoma siti tander” “los anceles klippers”i 128:110 hesabı ilə məğlub edərək qərb konfransında liderliyini rəsmiləşdirib.
“Oklahoma siti tander” oyunçularının “Los anceles klippers”lə qarşılaşmadan oyun anı
Bu barədə məlumat NBA-nın rəsmi platformalarında yayımlanıb. Bildirilib ki, bu nəticə komandanın müntəzəm mövsümdə ən yaxşı göstəricilərdən birini əldə etməsinə və pley-off mərhələsində ev üstünlüyü qazanmasına imkan verib.
Oyunda çet holmgren 30 xal və 14 ribaundla, şay gilcous-aleksander isə 20 xal və 11 assistlə fərqlənib. Qeyd olunur ki, sonuncu ardıcıl yüksək nəticə seriyasını davam etdirib.
Digər qarşılaşmalarda “Denver naqqets” ardıcıl qələbələrini artırıb, “San antonio spurs” və “Finiks sans” da uğurlu nəticələr əldə ediblər.
“Oklahoma siti tander”in stabil çıxışı göstərir ki, komanda bu mövsüm çempionluq uğrunda əsas iddiaçılardan biridir.
Fatimə Salmanlı
