UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün diqqətlər Spotifay Kamp Nou stadionuna yönələcək. “Barselona” və “Atletiko Madrid” gələn həftə Madriddə keçiriləcək matçda qarşı-qarşıya gələcək.

“Barselona”nın “Atletiko Madrid” ilə oyun öncəsi son məşqindən
24media.az "fcbarcelona.com"a istinadən xəbər verib ki, “Barselona”nın baş məşqçisi Hansi Flik bu matça bir neçə itki ilə çıxır. Zədə səbəbindən Andreas Kristensen, Frenki de Yonq və Rafinya qarşılaşmanı buraxacaq. Son olaraq, şənbə günü La Liqa çərçivəsində “Atletiko”ya qarşı keçirilən görüşdə topuğunu burxan Mark Bernal da siyahıya əlavə edilib.
Komandadan verilən məlumata görə, müdafiəçi Ronald Arauxonun vəziyyəti ciddi deyil. Uruqvaylı futbolçu məşqçilər korpusunun qərarı ilə matçda iştirak edə biləcək.
Nazim Xeyrxəbərli
