Bu gün:

Ersin Destanoğlu qapısında əfsanəvi oyun göstərib


"Beşiktaş"da Ersin Destanoğlu qapısında əfsanəvi oyun göstərib. Gənc qapıçı "Fənərbaxça" derbisində 5 aydın qol vəziyyətini xilas etsə də, məğlubiyyətin qarşısını ala bilməyib.

"Beşiktaş"ın qapısını qoruyan Ersin Destanoğlu komanda üçün derbinin ulduzu olub. Uğurlu qapıçı "Fənərbaxça" səfərində karyerasının ən yaxşı oyunlarından birini çıxarıb. Qarşılaşmanın ilk dəqiqələrindən etibarən etdiyi vacib xilasetmələrlə diqqət çəkən Ersin komandasıı uzatma dəqiqələrinə qədər oyunda saxlayan ad olub. Lakin matçın uzatma anlarında verilən penaltı zamanı topun başına Kərəm keçdi və Ersin bu qolun qarşısını ala bilmədi. Məğlubiyyətə baxmayaraq "Beşiktaş"lı azarkeşlər matç sonunda Ersinə böyük dəstək göstəriblər.

Digər tərəfdən, mövsümün əvvəlində çempionluq hədəfi ilə yola çıxan komandanın liqadakı iddiası da böyük ölçüdə sona çatdı. "Fənərbaxça" məğlubiyyətindən sonra Beşiktaşda bütün diqqət indi Türkiyə Kubokuna yönəlib.

Sergen Yalçının şagirdləri Ziraat Türkiyə Kubokunda qrup mərhələsini 4 oyunda 3 qələbə, 1 heç-heçə ilə 10 xal toplayaraq lider kimi başa vurub çeyrək finala yüksəldilər. 23 aprel tarixində "Corendon" "Alanyaspor" ilə oynanacaq çeyrek final oyunu kubok üçün böyük əhəmiyyət daşıyır. "Beşiktaş" kuboku qazansa həm 2026 Super Kubokunda, həm də 2026-27 UEFA Avropa Liqası play-off turunda iştirak etmək hüququ qazanacaq.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et