Galatasaray Türkiyə Super Liqasında səfərdə Göztepe ilə qarşılaşacağı matçın kamp heyətini açıqlayıb.

Sarı-qırmızılı komandada zədə səbəbindən “Trabzonspor” oyununu buraxan Gabriel Sara yenidən heyətə daxil edilib. Qırmızı vərəqə cəzasını başa vuran Leroy Sane də komandaya qayıdıb.
Zədəli olan Victor Osimhen və gənc futbolçu Arda Ünyay isə heyətdə yer almayıb.
Bundan əlavə, cəzalı olmasına baxmayaraq Abdülkerim Bardakcı komandasına dəstək vermək üçün İzmirə yollanıb.
Klubdan verilən açıqlamada bildirilib ki, Viktor Osimhen fizioterapevt nəzarəti altında fərdi məşqlərini davam etdirir, Gabriel Sara isə artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
“Qalatasaray”ın heyəti: Uğurcan Çakır, Ismail Jakobs, Davinson Sanchez, Roland Sallai, Gabriel Sara, Mauro Icardi, Leroy Sane, Yunus Akgün, Batuhan Şen, Eren Elmalı, Günay Güvenç, İlkay Gündoğan, Ahmed Kutucu, Yaser Asprilla, Kaan Ayhan, Can Armando Güner, Gökdeniz Gürpüz, Lucas Torreira, Barış Alper Yılmaz, Cihan Akgün, Renato Nhaga, Noa Lang, Wilfried Singo, Sacha Boey, Mario Lemina.
Nuray Ədilzadə
