"Mançester Yunayted" heyətində çıxış edən Manuel Uqarte ilə bağlı ayrılıq ehtimalları gündəmdədir. İngilis klubu 24 yaşlı yarımmüdafiəçinin transferi üçün 40 milyon avro tələb edir.

“Mançester Yunayted” qərarını verib. Klub Uqarteni satmağa isti yanaşır və onun üçün minimum məbləği müəyyənləşdirib.
CaughtOffside nəşrinin məlumatına görə, italiyalı nəhəng "Yuventus" hazırda futbolçunun transferində ən ciddi iddiaçı hesab olunur.
Uqarteni hələ Sporting CP dövründən izləyən “Yuventus” üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq transferin taleyində həlledici rol oynaya bilər.
Türkiyə təmsilçisi "Qalatasaray" da qış transfer dönəmində gündəmdə olan futbolçuya marağını davam etdirir. “Qalatasaray” Uqarteni Çempionlar Liqası və daha çox oyun vaxtı vədi ilə razı salmağa çalışır.
"Newcastle United" və "Aston Villa" da futbolçunun vəziyyətini yaxından izləyir.
Futbolçunun adı daha əvvəl adı "Ajax" və "Sunderland" ilə hallansa da, hazırda bu variantların ehtimalı aşağı qiymətləndirilir.
Uqarte bu mövsüm “Mançester Yunayted” forması ilə 23 oyunda iştirak edib və ümumilikdə 915 dəqiqə meydanda olub. Futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Onun hazırkı bazar dəyəri isə təxminən 30 milyon avro göstərilir.
Nuray Ədilzadə
