Bu gün:

"Real Madrid"in baş məşqçisi komandanın növbəti oyuna qədər toparlanacağını deyib


Alvaro Arbeloa komandasının La Liqada yaşadığı uğursuzluqdan sonra “Real Madrid”in “Bayern Münhen”ə qarşı UEFA Çempionlar Liqasındakı qarşılaşmada müsbət reaksiya verəcəyinə ümid etdiyini bildirib.

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa oyundan əvvəl

24media.az saytı "Reuters"ə istinadən xəbər verir ki, Arbeloa qeyd edib ki, “Real Madrid” çərşənbə axşamı Santyaqo Bernabeu stadionunda keçiriləcək Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda özünü toparlamalıdır.

Komandanın La Liqada çempionluq şansları şənbə günü səfərdə kənar hesab olunan “Malyorka”ya 2:1 məğlubiyyətdən sonra ciddi zərbə alıb. Bu nəticə “Real Madrid”i turnir cədvəlində lider “Barselona”dan 7 xal geri salıb.

Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et