“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın “Fənərbaxça” ilə oyundan sonra açıqlama verib:
Baş məşqçi Əli Rza Sərgən Yalçın
24media.az “Bjk.com.tr”-yə əsasən bildirir ki, “İlk yarıda bir neçə dəqiqəlik yaxşı fürsətlərimiz vardı və öndə ola bilərdik. İkinci yarıda rəqib daha effektiv oynadı. Bəzi fərdi səhvlərimizdən qol imkanları verdik. Məğlub olduğumuz üçün məyusuq. Oyunçularım mübarizə apardılar.
Bu sezon derbilərdə baş verən hadisələrin və qarşılaşdığımız çətinliklərin futbolda normal bir axış olduğunu düşünmürəm. Müəyyən məsələlər barədə danışdığımız zaman cəzalar alırıq.
Penalti vəziyyətində hakim çox uzaqdadır və hadisəni görə bilmir. Vəziyyət cəza sahəsi xaricindədir və penalti olması mümkün deyil. Hakimin penalti verməsini başa düşə bilərəm, amma VAR sisteminin müdaxilə etməməsi anlaşılmazdır.
Yaşadığımız hallar, ölkəmizdə futbolun vəziyyətini göstərir. Çox böyük məbləğlər xərclənir. Gəldiyimizdən bəri bir çox məsələlərlə məşğul oluruq və gələcək planlaması aparırıq. Bu tip situasiyalara necə yanaşacağımızı bilmirəm. Məğlubiyyətimiz üçün məyusuq. Penalti ilə vəziyyətin heç bir əlaqəsi yoxdur. VAR-ın çağırmaması işin gedişinə təsir edir. Belə bir şəkildə oyunu qazanmaq heç kəsə fayda verməz”.
Mələk Nəsirli
