"Arsenal" klubundan UEFA Çempionlar Liqasının dörddəbir finalında "Sportinq" ilə qarşılaşacaq ilk oyun öncəsi komandanın əsas simaları olan Deklan Rays və Qabriel Maqalyesin tam sağlam şəkildə kollektivlə məşqlərə başlayacaqları bildirilib.

"Arsenal"ın ulduzları Deklan Rays və Qabriel Maqalyes məşq zamanı
24media.az "BBC-Sports"a istinadən bildirir ki, hər iki futbolçu bazar ertəsi günü London bazasında keçirilən hazırlıqlarda tam gücü ilə iştirak edib. Qeyd edək ki, Rays milli komandanın düşərgəsində, Qabriel isə "Sauthempton"la son oyunda zədələnərək azarkeşləri narahat edib. Onların qayıdışı ilə yanaşı, Leandro Trossardın da sıraya dönməsi qeydə alınıb, lakin Bukayo Sakanın məşqlərdə görünməməsi diqqətdən yayınmayıb.
Ardıcıl iki məğlubiyyətdən sonra sarsılan komanda Lissabon səfərindən uğurlu nəticə ilə dönərək mövsümün gedişatını yenidən müsbətə doğru dəyişmək niyyətindədir.
Fatimə Salmanlı
