Bu gün:

İdman zədələrinə yanlış müalicə fəsadlar yarada bilər


Ortopediya və Travmatologiya Mütəxəssisi Dr. Özgür Özer idman zədələrində  yaralanmanın növünə, fiziki və yaş faktorlarına görə fərqli müalicə yanaşmalarının olduğunu xatırladıb.

Özgür Özer belə ümumiləşdirib: "İdmançıların zədələnməsi idman fəaliyyətlərində çox rast gəlinən bir hadisədir. Bu simptomlar qiymətləndirilməli, lazım olduqda ortopedlər çevik müdaxilələr etməlidirlər.

Zədənin şiddətinə və növünə, idmançının fiziki və yaş faktorlarına görə müxtəlif müalicə üsullarındam istifadə edilir. İlk növbədə, mümkün olan ən qısa zamanda vacibdir ki, idmançının zədədən sonrakı vəziyyəti normal fəaliyyətə və həyata qayıtsın. Bu prosesdə göstərilən məşqlər əzələləri gücləndirməklə yanaşı, zədədən sonra hərəkəti asanlaşdırmaq üçün vacibdir. Əgər zədə ciddidirsə, cərrahi müdaxilə tələb oluna bilər”. 

Mənbə: güneşgazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et