İspaniya La Liqasının mərkəzi qarşılaşmasında "Barselona" səfərdə "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib. Gərgin keçən görüşdə "Barselona"nın qollarını Markus Raşford və 87-ci dəqiqədə Robert Levandovski imza atıb.
Robert Levandovski "Atletiko Madrid" qapısına vurduğu qələbə qolunu qeyd edərkən
24media.az "BBC Sport"a istinadən xəbər verir ki, "Atletiko" oyunun böyük hissəsini Niko Qonzalesin qırmızı vərəqə alması səbəbindən azlıqda keçirməli olub. Bu qələbə sayəsində xallarını 76-ya çatdıran "Barselona", ən yaxın izləyicisi "Real Madrid"lə olan xal fərqini 7-yə yüksəldib. Baş məşqçi Hansi Flik oyunsonu açıqlamasında bu üç xalın çempionluq mübarizəsindəki əhəmiyyətini xüsusi vurğulayıb.
"Barselona" bu qələbə ilə çempionluq yarışında ciddi üstünlük əldə etdi. "Real Madrid"in xal itirdiyi həftədə Levandovskinin təcrübəsi sayəsində qazanılan bu 3 xal mövsümün taleyini həll edə bilər.
Fatimə Salmanlı
