Bu gün:

Domeniko Tedeskonun derbi üçün 11-liyi dəqiqləşir


Fənərbağça, Beşiktaş matçının hazırlıqlarını davam etdirir. Baş məşqçi Domeniko Tedesko derbidə meydana buraxacağı heyəti dəqiqləşdirməyə başlayıb.

Fənərbağça, Trendyol Super Liqanın 28-ci həftəsində Beşiktaşı qəbul edəcək. Baş məşqçi Domeniko Tedesko çətin qarşılaşmada meydana çıxaracağı 11-liyi müəyyənləşdirir.

Fənərbağçada qapını Ederson Moraes qoruyacaq.

Müdafiənin sağında Mert Müldürün, solunda isə Arçi Braunun oynaması gözlənilir. Kritik görüşdə mərkəz müdafiəçiləri Milan ŞkriniarJayden Oosterwolde olacaq.

Yarımmüdafiədə Matteo Quendouzi, Nqolo KanteMarko Asensio şans qazanacaq. Sağ cinahda Entoni Musaba, sol cinahda isə Kərəm Aktürkoğlu forma geyinəcək.

Domeniko Tedesko hücum xəttində isə Sidiki Şərifə şans verməyi planlaşdırır.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et