Bu gün:

PSV Eindhoven ardıcıl 3-cü qələbəni qazanmaqla çempionluǧunu rəsmiləşdirib


2025–2026 mövsümündə Eredivisie çempionluğu PSV Eindhoven qazanıb. Feyenoord səfərdə FC Volendam ilə xal itirib və bununla Eyndhoven təmsilçisi mövsümün başa çatmasına həftələr qalmış zirvəni təmin edib.

PSV Eindhoven futbolçuları FC Utrecht üzərində qələbədən sonra meydanda sevinc yaşayaraq çempionluğu qeyd edir

24media.az Sporx.com-a istinadən bildirir ki, PSV çempionluğa gedən yolda həlledici addımı FC Utrecht üzərində 4:3 hesablı qələbə ilə atıb. Komanda mövsüm ərzində sabit çıxış göstərib, hücum xəttində effektiv oynayıb və top fərqində (+42) əsas rəqibi Feyenoord-u (+21) qabaqlayıb.

Baş məşqçi Peter Bosz-un rəhbərliyi altında PSV klub tarixində 27-ci çempionluğunu qazanıb. Komanda 2007-ci ildən sonra ilk dəfə və ümumilikdə üçüncü dəfə ardıcıl üç mövsüm liqanın qalibi olub.

Bu nəticə ilə PSV ardıcıl dördüncü dəfə UEFA Çempionlar Liqası mərhələsinə vəsiqə qazanıb və növbəti mövsüm üçün iddiasını qoruyub.

Rəsmi çempionluq mərasimi aprelin 7-də Eindhoven şəhərində keçiriləcək və PSV kuboku öz azarkeşləri qarşısında qəbul edəcək.

Bununla yanaşı, komanda üçün xoş olmayan xəbər də gəlib. Yarımmüdafiəçi Jerdy Schouten ağır zədə alıb. Çarpaz bağ zədəsi səbəbindən o, mövsümü başa vurub və uzun müddət meydanlardan kənarda qalacaq.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et