Bu gün:

Almaniyada yeni qanun narazılığa səbəb olub


Almaniyada hərbi xidmət siyasətinə edilən dəyişikliklər çərçivəsində qəbul olunmuş yeni qanunun bir maddəsi 45 yaşadək kişilərin xaricdə uzunmüddətli qalması üçün hərbi qurumlardan icazə almasını tələb edib və bu məsələ cəmiyyətdə ciddi narazılıq doğurub.

Məlum olub ki, genişmiqyaslı qanun dəyişiklikləri paketinə daxil edilən və əvvəlcə diqqətdən kənarda qalmış bu müddəa sülh dövründə də tətbiq olunub. Qaydaya əsasən, 45 yaşadək kişilər ölkə xaricində əhəmiyyətli müddət qalmaq istədikdə silahlı qüvvələrdən əvvəlcədən icazə almağa məcbur edilib.

Qanun 1 yanvar tarixindən qüvvəyə minib və əsas məqsəd Almaniya ordusunu gücləndirmək olub. Yeni yanaşmaya əsasən, 18 yaşına çatmış bütün kişilər hərbi xidmətə yararlılıqlarını müəyyən etmək üçün xüsusi anket doldurmağa cəlb edilib, lakin hələlik məcburi hərbi xidmət tətbiq olunmayıb.

Müdafiə naziri Boris Pistorius parlamentin aşağı palatası olan Bundestaqda qanun qəbul edilərkən bildirib ki, “modernləşdirilmiş” model kifayət qədər çağırışçı cəlb etməzsə, məcburi hərbi xidmətin yenidən tətbiqi məsələsi müzakirəyə çıxarılıb.

Nazirlik sonradan məsələ ilə bağlı açıqlama verib və qanunun müvafiq maddəsinin tətbiqi ilə bağlı yaranmış narahatlıqlara aydınlıq gətirməyə çalışıb.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et