Bu gün:

Leverkuzendən möhtəşəm geri dönüş


Almaniya Bundesliqasının 28-ci turunda Bayer Leverkusen ilə VfL Wolfsburg arasında keçirilən qarşılaşma əsl futbol tamaşasına çevrilib. Leverkuzendəki “BayArena”da baş tutan oyunda meydan sahibləri dramatik geri dönüş edərək 6:3 hesablı qələbə qazanıb.

Bayer Leverkusen oyunçuları göstərdikləri möhtəşəm performansa görə azarkeşlərini alqışlayır.

24media.az və Sporx.com-a istinaden bildirir ki, görüşə daha fəal başlayan qonaqlar hesabı erkən açıb və Jonas Wind 16-cı dəqiqədə dəqiq zərbə ilə komandasını önə çıxarıb. 30-cu dəqiqədə leverkuzenlilər penalti qazanıb və Alejandro Grimaldo topu tora göndərərək hesabı bərabərləşdirib.

Lakin bu bərabərlik uzun çəkməyib. Joakim Mæhle cəmi bir dəqiqə sonra “Volfsburq”u yenidən irəli çıxarıb, 38-ci dəqiqədə isə Christian Eriksen penalti zərbəsi ilə fərqi artırıb – 1:3. İlk hissənin sonlarına yaxın Alejandro Grimaldo yenidən səhnəyə çıxıb və 44-cü dəqiqədə fərqi minimuma endirərək komandasını oyunda saxlayıb.

İkinci hissədə isə oyun tamamilə dəyişib. Fasilədən sonra meydana daxil olan Patrik Schick 53-cü dəqiqədə penalti ilə hesabı bərabərləşdirib və dönüşün əsasını qoyub. Bu qoldan sonra təşəbbüsü ələ alan meydan sahibləri hücumlarını davam etdirib və 68-ci dəqiqədə Edmond Tapsoba komandasını ilk dəfə önə çıxarıb, 73-cü dəqiqədə isə Ibrahim Maza fərqi iki topa yüksəldib.

Matçın son nöqtəsini əlavə vaxtda Malik Tillman qoyub – 90+6-cı dəqiqədə vurulan qol yekun hesabı 6:3 edib. Bu nəticə ilə Bayer Leverkusen xallarını 49-a çatdıraraq 6-cı pillədə mövqeyini möhkəmləndirib, VfL Wolfsburg isə 21 xalla 17-ci sırada qalıb. Növbəti turda leverkuzenlilər Borussia Dortmund ilə qarşılaşacaq, “Volfsburq” isə doğma meydanda Eintracht Frankfurt-u qəbul edəcək

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et