Bu gün:

Trabzonspordan kritik oyun öncəsi azarkeşlərə çağırış


Trabzonspor, Galatasaray ilə keçiriləcək vacib qarşılaşma öncəsi rəsmi açıqlama yayıb.

Bordo-mavililər azarkeşlərə göstərdikləri böyük dəstəyə görə təşəkkür edərək, onların klub üçün ən böyük dəyər olduğunu vurğulayıb. Bildirilib ki, istər ev oyunlarında, istərsə də səfər matçlarında komandaya sadiqliklə dəstək olan azarkeşlər klubun əsas güc mənbəyidir.

Açıqlamada Trabzonsporun heç zaman başqa qüvvələrin kölgəsində inkişaf etmədiyi, uğurlarını öz zəhməti və inamı ilə qazandığı qeyd olunub. Klubun Anadolu ruhunu təmsil etdiyi və bu dəyərlərin onu fərqləndirdiyi xüsusi vurğulanıb.

Komanda azarkeşlərindən matç boyunca fasiləsiz dəstək gözlədiyini bildirərək, baş məşqçi Fatih Tekke və futbolçular üçün tribunaların əsas motivasiya mənbəyi olacağını qeyd edib.

Bununla yanaşı, klub azarkeşləri təmkinli olmağa çağırıb. Açıqlamada vurğulanıb ki, mümkün təxribatlara uymamaq və klubun nüfuzuna xələl gətirə biləcək hallardan uzaq durmaq vacibdir.

Sonda isə birlik və həmrəylik mesajı verilib: komanda və azarkeşlərin çiyin-çiyinə verərək bu mühüm qarşılaşmada öz gücünü göstərəcəyi bildirilib.


Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et