"Mançester Siti" şənbə günü "Liverpul" ilə qarşılaşmada FA Kubokunda ardıcıl səkkizinci dəfə yarımfinala yüksələrək tarixi nailiyyət əldə etməyə çalışacaq. Bunu baş məşqçi Pep Qvardiola bildirib.

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola
24media.az saytı "Reuters"ə istinadən xəbər verir ki, komanda milli oyunlar fasiləsindən əvvəl Liqa Kubokunda "Arsenal" üzərində qələbə qazanıb. Qvardiola ümid edir ki, komandası mövsümdə qazandığı tempi qoruyaraq FA Kuboku və Premyer Liqanı da kubok kolleksiyasına əlavə edə biləcək.
Nazim Xeyrxəbərli
