Bu gün:

UEFA İtaliyaya AVRO-2032 ilə bağlı ultimatum verib


UEFA-nın prezidenti 2032-ci il Avropa Futbol Çempionatına Türkiyə ilə birlikdə ev sahibliyi edəcək İtaliyaya infrastrukturun əhəmiyyəti barədə xəbərdarlıq edib.

UEFA prezidenti Aleksandr Çeferin 

UEFA prezidenti Aleksandr Çeferin bildirib ki, 2032-ci il Avropa Futbol Çempionatına (AVRO 2032) Türkiyə ilə birgə ev sahibliyi edəcək İtaliya turnir üçün lazımi infrastrukturu vaxtında hazırlamalıdır; əks halda çempionat İtaliyada keçirilə bilməz. Çeferin AVRO 2032 üçün İtaliyadakı stadionların vəziyyəti ilə bağlı suala cavab olaraq bildirib : "AVRO 2032 planlaşdırıldığı kimi keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək".

Mənbə: NTV spor

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et