“Fənərbaxça”da transfer hazırlıqları erkən başlayıb. Rəhbərlik yeni mövsümü planlamaq üçün işə başlayıb.
Transfer komitəsi texniki heyətlə birlikdə gücləndirilməsi lazım olan mövqeləri müəyyən edib. Sarı-lacivərtlilərdə əsas prioritet sol cinah müdafiəçisi, sol mərkəz müdafiəçisi və hücum xəttidir.
Sol cinah müdafiəsində Levent Mercan və Arçi Braunın yanına xarici futbolçu transferi gündəmdədir. Rəhbərliyin mövsümün sonunda Arçi Braun üçün gələn təklifləri də qiymətləndirə biləcəyi öyrənilib.
Ceyden Oosterwolde üzərində olan yük və müdafiədə tez-tez yaşanan zədələr səbəbilə sol mərkəz müdafiəsinə transfer planlaşdırılır. Bu mövqeyə təcrübəli xarici futbolçunun alınması düşünülür.
Azarkeşlərin ən çox maraqlandığı mövqe isə hücum xəttidir. Qış transfer dövründə Con Duran və Yusif En-Nəsiri ilə yollarını ayıran “Fənərbaxça” Sıdiki Şerifi heyətinə qatıb. Rəhbərlik özünü sübut edib, dünyaca məşhur bir hücumçunu komandaya cəlb etmək üçün addımlar atır.
“Fənərbaxça” rəhbərliyi iyul ayında keçiriləcək Avstriya təlim-məşq toplanışına qədər transferləri tamamlamanı hədəfləyir.
Mənbə: TRT sports
Tərcümə etdi: Fəqan Nurullazadə
“Fenerbahçe”də transfer hazırlıqları erkən başlayıb. Rəhbərlik yeni mövsümü planlamaq üçün işə başlayıb.
Transfer komitəsi texniki heyətlə birlikdə gücləndirilməsi lazım olan mövqeləri müəyyən edib. Sarı-lacivərtlilərdə əsas prioritet sol cinah müdafiəçisi, sol mərkəz müdafiəçisi və hücum xəttidir.
Sol cinah müdafiəsində Levent Mercan və Arçi Braunın yanına xarici futbolçu transferi gündəmdədir. Rəhbərliyin mövsümün sonunda Arçi Braun üçün gələn təklifləri də qiymətləndirə biləcəyi öyrənilib.
Ceyden Oosterwolde üzərində olan yük və müdafiədə tez-tez yaşanan zədələr səbəbilə sol mərkəz müdafiəsinə transfer planlaşdırılır. Bu mövqeyə təcrübəli xarici futbolçunun alınması düşünülür.
Azarkeşlərin ən çox maraqlandığı mövqe isə hücum xəttidir. Qış transfer dövründə Con Duran və Yusif En-Nəsiri ilə yollarını ayıran “Fenerbahçe”, Sıdiki Şerifi heyətinə qatıb. Rəhbərlik özünü sübut etmiş, dünyaca məşhur bir hücumçunu komandaya cəlb etmək üçün addımlar atır.
“Fenerbahçe” rəhbərliyi iyul ayında keçiriləcək Avstriya təlim-məşq toplanışına qədər transferləri tamamlamanı hədəfləyir.
