Fənərbaxçanın ara transfer dönəmində heyətinə qatdığı Antoni Musaba karyerasındakı sürətli yüksəlişdən və Türkiyədə keçirdiyi ilk aylardan danışıb.

“Türkiyəni seçdim, çünki…”
Hollandiya mətbuatından Voetbalzone-a açıqlama verən futbolçu bildirib ki, onun üçün əsas məqsəd ən yüksək səviyyədə oynamaq olub:
“Ölkə mənim üçün o qədər də önəmli deyildi. Samsunspor və Legia Warsaw arasında seçim etdim və Türkiyəni seçdim. Çünki burada özümü daha yaxşı göstərə biləcəyimi düşündüm”.
Beləliklə, Musaba Süper Lig-i Ekstraklasa-dan üstün tutub.
“Bu mənim üçün bir xəyal idi”.
Samsunspor forması ilə diqqət çəkən performans sərgiləyən Musaba yarım mövsümdə 22 oyunda 6 qol və 4 assistlə yadda qalıb. O, Türkiyədəki həyatından da razı qaldığını vurğulayıb:
“Sevgilimlə qurduğumuz plan tam olaraq alındı. Türkiyədə özümüzü çox tez evimizdə hiss etdik. Fenerbahçe-yə bu qədər qısa müddətdə transfer olacağımı gözləmirdim. Bu mənim üçün bir xəyal idi”.
Nuray Ədilzadə
