Şahbaz Şərif Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Tərəflər bölgədəki hərbi əməliyyatlar və sülh səylərini müzakirə ediblər.

24media.az APA-ya istinadən xəbər verir ki, Pakistan Baş nazirinin ofisinin yaydığı məlumata görə, Şərif İsrailin İrana qarşı davam edən hücumlarını, o cümlədən mülki infrastruktura yönəlmiş son zərbələri qətiyyətlə pisləyib və Pakistanın İran xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Bildirilib ki, Pakistanın baş naziri İran rəhbərliyinə ABŞ, Körfəz və İslam ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən diplomatik təşəbbüslər barədə məlumat verib.
Şahbaz Şərif həmçinin Pakistanın sülh təşəbbüsünü dəstəklədiyini qeyd edərək, bölgədə düşmənçiliyin dayandırılması üçün birgə həll yollarının tapılacağına ümid etdiyini bildirib.
Arzu Qafarova
