Mart ayı ilə bağlı yeniləmədən sonra 18 yaşlı "Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal liderliyə yüksəlib.
Lamin Yamal və komanda yoldaşları
24.kz-nın məlumatlna görə, o, hazırda ikinci yerdə olan "Real Madrid"-in hücumçusu Kilian Mbappeni geridə qoydu. Digər fransız, "Bavariya"-nın hücumçusu Michael Oliseh ilk üçlüyü tamamlayıb. Mükafatın hazırkı sahibi "Paris Sen-Jermen " oyunçusu Usman Dembeledir. Yeni laureatın adı yayın sonunda açıqlanacaq və mərasim ənənəvi olaraq payızda Fransanın paytaxtı Parisdəki "Théâtre du Châtelet"-də keçiriləcək.
Zeynəb Şahmarova
