Bu gün:

İrlandiya millisinin ulduzu Səmmi Szmodics xəstəxanadan evə buraxılıb


İrlandiya millisinin və "Derbi Kaunti"nin yarımmüdafiəçisi Səmmi Szmodics Çexiya ilə keçirilən gərgin pley-off matçında aldığı ağır zədədən sonra müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Tibbi heyətin ağır zədə alan Səmmi Szmodicsi xərək vasitəsilə ehtiyatla meydandan çıxardığı an

BBC-Sports-un verdiyi məlumata görə, 30 yaşlı futbolçu rəqib müdafiəçi Stefan Çaloupek ilə toqquşaraq meydanda huşunu itirib. Hadisə əlavə vaxtın son dəqiqələrində Szmodics oyuna daxil olduqdan dərhal sonra baş verib. Meydanda göstərilən ilkin tibbi yardımdan sonra o, dərhal Çexiyadakı xəstəxanalardan birinə çatdırılıb.

İrlandiya Futbol Assosiasiyası (FAI) rəsmi açıqlamasında bildirib ki, bütün zəruri müayinələrdən keçən futbolçunun vəziyyəti stabildir. O, bərpa prosesini klubunun və milli komandanın tibbi heyətinin nəzarəti altında davam etdirəcək. Xatırladaq ki, İrlandiya penaltilər seriyasında Çexiyaya məğlub olaraq turnirlə vidalaşıb.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et