Türkiyə Futbol Federasiyası (Türkiye Futbol Federasyonu) A Milli komandaya dəvət olunan Semih Kılıçsoyun Ümit Milli komandanın heyətinə keçirildiyini açıqlayıb.

A Milli komandaya çağırılan gənc futbolçu Rumıniya ilə keçirilən oyunun matç heyətində də yer almamışdı.
TFF-nin açıqlamasında bildirilib:
“A Milli komandamızın 2026 FIFA Dünya Kubokunun pley-off oyunları üçün heyətə dəvət edilən Semih Kılıçsoy, dünən Rumıniya ilə oynanan qarşılaşmadan sonra Ümit Milli komandanın heyətinə keçib.
2027 UEFA U21 Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda Xorvatiya ilə qrup liderliyi mübarizəsi aparan və bir oyun artıq olmaqla 1-ci pillədə qərarlaşan Ümit Milli komandamız, martın 31-də səfərdə vacib əhəmiyyət daşıyan oyuna çıxacaq. Osijek şəhərində yerləşən Opus Arena stadionunda keçiriləcək qarşılaşma Türkiyə vaxtı ilə saat 18:30-da başlayacaq.”
Nuray Ədilzadə
