ABŞ-nin prezidenti Donald Trampın İranla bağlı siyasəti Hindistan ilə Rusiya arasında köhnə tərəfdaşlıq münasibətlərinin yenidən güclənməsinə səbəb olur.

Məlumata görə, İran ətrafında artan gərginlik Hindistanın xarici siyasətinə təsir göstərərək onu Moskva ilə əlaqələrini daha da möhkəmləndirməyə vadar edir. Bu vəziyyət Dehlinin strateji maraqlarını qorumaq məqsədilə daha çevik qərarlar qəbul etməsinə gətirib çıxarır.
Ekspertlər bildirirlər ki, Hindistan uzun müddətdir Qərb ölkələri ilə Rusiya arasında balanslı siyasət yürüdür. Lakin mövcud geosiyasi şərait bu balansın yenidən nəzərdən keçirilməsini zəruri edir.
Mütəxəssislərin fikrincə, baş verən proseslər regionda qüvvələr nisbətinə təsir edə və beynəlxalq münasibətlərdə yeni dinamikanın formalaşmasına səbəb ola bilər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
