Bu gün:

Taha Akgül Türk güləşində uzunmüddətli strategiyanın əsas hədəf olduğunu bildirib


Taha Akgül - Türkiyə Güləş Federasiyasının prezidenti federasiya binasında mətbuat nümayəndələri ilə görüş keçirərək əsas məqsədlərinin “uzunmüddətli plan qurmaq və reallıqdan uzaqlaşmamaq” olduğunu vurğulayıb. 

Federasiya rəhbəri bildirib ki, xüsusilə, Böyüklər üzrə Avropa Çempionatı hazırda onların gündəmindəki ən vacib turnirdir. Akgül qeyd edib ki, sərbəst güləş üzrə milli komanda tam gəncləşdirilib, yaş ortalaması 22–23-ə endirilib. Heyət 2028–2032 Olimpiadaları üçün strateji ehtiyat komanda hesab olunur.


Federasiya prezidenti güləş ictimaiyyəti ilə keçirilən geniş toplantıdan sonra camiənin daha səmimi və birgə fəaliyyətə hazır vəziyyətə gəldiyini də qeyd edib: “Biz bura güləşə fayda verməyə gəlmişik, çətinləşdirməyə yox”.


Akgül çıxışı zamanı milli komandanın təcrübəli üzvü Rıza Kayaalpın idmana qayıdışının Türk güləşi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Kayaalp reytinq turnirində əldə etdiyi birinciliklə güclü başlanğıc edib və yüksək motivasiyaya sahibdir.


Akgül, həmçinin qeyd edib ki, idmançı Avropa çempionatında qızıl medal qazandığı təqdirdə 13-cü tituluna sahib olacaq və bununla da digər rəqiblərindən - Micen Lopez və Aleksandr Karelindən geri qalmayaraq tarixi rekord qıracaq.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et