Bu gün:

Rodri "Real Madrid"dən gələcək təkliflərə açıq olduğunu bildirib


"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri gələcək karyera planları ilə bağlı verdiyi açıqlamada, "Real Madrid"dən gələcək mümkün təkliflərin nəzərdən qaçırılmayacağını bildirərək La Liqaya qayıdış ehtimalını açıq saxlayıb. 

"Mançester Siti"nin futbolçusu Rodrinin ikinci qolu vurduqdan sonrakı sevinci

24media.az "Reuters"ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi ilə müqaviləsinin son ilinə daxil olan futbolçu bildirib ki, “dünyanın ən böyük klublarından gələn təklifləri rədd etmək çətindir” və La Liqaya dönüş onun üçün cəlbedicidir.

29 yaşlı oyunçu karyerasına "Villarreal"da başlayıb, 2018-ci ildə isə "Atletiko Madrid"ə keçib. Bir il sonra "Mançester Siti"yə transfer olunaraq İngiltərədə son dərəcə uğurlu çıxış göstərib.

Rodri bu müddətdə bir dəfə UEFA Çempionlar Liqası, dörd dəfə Premyer Liqanı qazanıb. O eyni zamanda, nüfuzlu titullara sahibdir.

Nazim Xeyrxəbərli 

Paylaş