Bu gün:

"Barselona" Madriddə "Real Madrid"i darmadağın edib


"Barselona"-nın qadınlardan ibarət komandası Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Real Madrid"i inamlı şəkildə məğlub edib.

Qadınlararası çempionlar liqasının 1/4 finalının ilk oyunu

Qonaqlar hər iki hissədə eyni hesabla - 3-1 hesabı ilə qalib gəliblər.

Daha əvvəl iki dəfə - 2021 və 2022-ci illərdə "Qızıl Top" mükafatını qazanan Aleksia Putellas matçın ən yaxşı oyunçusu seçilib.

Komandalar arasında cavab oyunu 2 apreldə keçiriləcək. İlk oyunda inamlı qələbə qazanan "Barselona" turnirin yarımfinalına çıxmağa xeyli yaxınlaşıb.

Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et