12 nömrəli İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri komandanı Əlirza Tənqsiri Bəndər Abbasda öldürülüb. Hərbçi Hörmüz boğazının bağlanmasından məsul idi.
İranın bayrağı
24media.az News.ru saytına istinadən məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin (İMQ) 26 mart gecəsi Tənqsirinin yerləşdiyi binaya zərbə endirdiyi bildirilib. İran hakimiyyəti hələlik bu məlumatlara münasibət bildirməyib.
Tənqsiri daha əvvəl sosial media hesabında İran tərəfinin Hörmüz boğazında keçidi bağlamaq və konteyner gəmisini çevirmək qərarına gəldiyini bildirib.
Media orqanları əvvəllər Böyük Britaniyanın Hörmüz boğazının yenidən açılması ilə bağlı sammitə ev sahibliyi etməyi təklif etdiyini bildirib. Mənbə bildirib ki, Böyük Britaniya gəmiçiliyi bərpa etmək üçün koalisiyanın yaradılmasına kömək etmək niyyətindədir.
Əli Balayev
