Bu gün:

"Fənərbaxça" Dybala üçün hərəkətə keçib


Türkiyənin "Fənərbaxça FK" yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək istiqamətində aktiv addımlar atır. İtaliyanın nüfuzlu nəşri La Gazzetta dello Sportin müxbiri Matteo Navanin verdiyi məlumata görə, İstanbul təmsilçisi Paulo Dybala ilə ilkin təmas qurub və danışıqlara start verib.

Paulo Dybala vurduğu qoldan sonra sevincini qeyd edir, AC Milan futbolçusu isə epizodu kənardan izləyir.

24media.az "Sporx.com"-a istinadən bildirir ki, hazırda AS Romanın şərəfini qoruyan 32 yaşlı hücumçunun mövsümün sonunda klubla müqaviləni yeniləmək ehtimalı aşağıdır. Bu isə onun karyerasında yeni səhifə açmaq ehtimalını gücləndirir.

"Sabah" qəzetinə açıqlama verən Matteo Nava qeyd edib ki, "Fənərbaxça" futbolçunun meneceri ilə əlaqə yaradıb və proses hələ ilkin mərhələdədir. Onun sözlərinə görə, zədələrə baxmayaraq Dybala hələ də yüksək səviyyəli hücum potensialına malikdir.

Argentinalı ulduz xüsusilə "Juventus FC"-dəki çıxışı ilə tanınır və 100-dən çox qola imza atıb. Son dövrlərdə diz zədələri səbəbindən sabit forma sərgiləyə bilməsə də, yaxın zamanda meydanlara qayıtması gözlənilir.

Cari mövsümdə 22 oyunda meydana çıxan Dybala 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et