Bu gün:

Viktor Osimhen haqqında açıqlama


Keçmiş Odion Ighalo hazırda Galatasaray formasını geyinən həmyerlisi Viktor Osimhen barədə diqqətçəkən açıqlamalar verib.

Ighalo bildirib ki, Osimhenin dünya səviyyəli futbolçu olub-olmaması ilə bağlı səslənən fikirlər subyektivdir:

“Onun dünya klassında olmadığını deyənlər var, amma bu onların şəxsi fikridir. Qardaşım olmasını bir kənara qoysaq belə, Osimhen dünyanın ən yaxşı hücumçularından biridir".

Chelsea transferi barədə

Chelsea klubuna 2024-cü ildə baş tutmayan transferə də toxunan Ighalo qeyd edib ki, bu keçidin reallaşmaması futbolçunun səviyyəsinə kölgə salmır.

O vurğulayıb ki, Osimhen İtaliya liqasında oynayıb və həmin çempionatın çətinliyini yaxşı bilir:

“Mən Serie A-da oynamışam və bunun nə qədər çətin olduğunu bilirəm. Osimhen həmin liqada bombardir olub. İndi isə Galatasarayda həm liqada, həm də Çempionlar Liqasında qol vurur”.

Ighalo çıxışında Afrikalı futbolçulara qarşı münasibəti də tənqid edib:

“Biz afrikalılar bəzən öz oyunçularımızı aşağı çəkirik. Əgər bir ingilis futbolçu Osimhenin etdiklərini etsəydi, onu hamı göylərə qaldırardı".

Qeyd edək ki, Victor Osimhen son dövrlərdə göstərdiyi performansla Avropanın ən diqqətçəkən hücumçularından biri hesab olunur.


Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et