Bu gün:

Ayın astronomiya fotoşəkli


James Webb Kosmik Teleskopunun əldə etdiyi məlumatlar göstərir ki, GJ 486 b adlı qayalı quruluşa malik ekzoplanetin atmosferində su buxarı tapıla bilər.

Yuxarıda gördüyünüz James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş bir fotoşəkil deyil, James Webb tərəfindən əldə edilən məlumatlara əsaslanan rəqəmsal rəsmdir. Şəkildə GJ 486 b adlı qayalı ekzoplanetin Yerdən 26 işıq ili uzaqlığında qırmızı nəhəng mərhələsindəki ulduzun ətrafında fırlanması göstərilir.

GJ 486 b-nin həcmi Yerinkindən 30%, kütləsi isə Yerdən üç dəfə çoxdur. GJ 486 b səthinin temperaturu 430 ºC-dir. Ulduzuna son dərəcə yaxın orbitdə fırlanan GJ 486 b öz ulduzunun ətrafında bir orbitini tamamlamaq üçün ildə təxminən 1,5 Yer günü çəkir. Ekzoplanet öz ulduzunun ətrafındakı yaşayış zonasında, yəni ekzoplanetin səthində suyun maye halında ola biləcəyi zonada yerləşir.

Alimlər GJ 486 b öz ulduzunun qarşısından keçərkən ulduzun işığındakı dəyişiklikləri tədqiq ediblər. Siqnalların mənbəyinin böyük ehtimalla, su olduğu müəyyən edilib. Kompüter modellərindən istifadə edilən analizlərə görə, bu siqnallar GJ 486 b atmosferində su buxarının mövcudluğunu göstərə bilər. Suyun mənbəyi ulduzun səthindəki soyuq bölgələr də ola bilər.

James Webb Kosmos Teleskopu ilə infraqırmızı bölgənin daha qısa dalğa uzunluğuna malik hissələrində ediləcək müşahidələr suyun mənbəyinin GJ 486 b atmosferi olub olmadığını müəyyən edə biləcək. Bu məlumat təsdiqlənərsə, GJ 486 b atmosferində su buxarı olan kəşf edilən ilk qayalı ekzoplanet olacaq.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et