Uelsli futbol əfsanəsi Con Toşaka demensiya diaqnozu qoyulduğu oğlu Kameron Toşak tərəfindən təsdiqlənib.
Con Toşak
Uelsli futbolçu və məşqçi Con Toşaka demensiya (ağıl kəmliyi) diaqnozu qoyulduğu xəbəri onun oğlu Kameron Toşak tərəfindən “Daily Mail” qəzetinə verilən müsahibədə təsdiqlənib.
Kameron Toşak atasının yaddaşının gündən-günə dəyişdiyini, xüsusilə, qısa müddətli yaddaş pozuntularının nəzərə çarpdığını bildirib. Onun sözlərinə görə, 77 yaşlı Toşak keçmiş illərə dair xatirələrini, xüsusilə, “Liverpul” və “Real Madrid”dəki baş məşqçilik dövrünü hələ də aydın şəkildə xatırlaya bilir.
Con Toşak həm futbolçu, həm də baş məşqçi kimi beynəlxalq arenada uğurlu karyera qurmuş simalardandır. O, “Liverpul”un heyətində 3 Premyer Liqa çempionluğu, 2 UEFA Kuboku və FA Kuboku daxil olmaqla bir çox titullara sahib olub. Məşqçi kimi isə “Real Madrid”, “Real Sosyedad”, “Beşiktaş” və "Uels" milli komandasını çalışdırıb. Onun rəhbərliyi dövründə "Uels" yığmasında Qaret Beyl, Aaron Remsi və Co Allen kimi futbolçuların inkişafı diqqət çəkib.
Toşaka demensiya diaqnozu futbol ictimaiyyətində narahatlıqla qarşılanıb. Bununla belə, mütəxəssislər onun peşəkar fəaliyyət dövrlərinə dair xatirələrinin hələ də yaddaşında qalmasını müsbət göstərici kimi qiymətləndirirlər.
Fatimə Salmanlı
Fatimə Salmanlı
