Bu gün:

İran ABŞ ilə danışıqları yenidən təkzib edib


ABŞ prezidenti Donald Trampın İranla danışıqlar aparmaq barədə iddiaları yalandır. Bu barədə İran hökumətinin informasiya şurasının rəhbəri Elias Həzrəti IRIB televiziyasında bildirib. O xatırladıb ki, Vaşinqton müharibəni iki ölkənin nümayəndə heyətləri arasında əvvəlki görüşlərin ortasında başlayıb. Həzrəti əlavə edib ki, ABŞ bu dəfə uğur qazana bilməyəcək.

Donald Tramp 

24media.az News.ru saytına istinadən xəbər verir ki, Tramp sülh bağladığını, danışıqlar apardığını iddia edib. Həzrəti bildirib ki, Tramp yalan danışıb.

Daha əvvəl İsrailin "Channel 14" televiziya kanalı İsrail və ABŞ-nin İranın xarici işlər naziri Abbas Araqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafın toxunulmazlıq statusu ala biləcəyini bildirib. Onlar Vaşinqtonla sülh danışıqlarında Tehranı təmsil edə bilərlər. İran siyasətçilərinin toxunulmazlığının ən azı beş gün davam edəcəyi gözlənilib.

İran Xarici İşlər Nazirliyi daha əvvəl Hörmüz boğazının açıq qaldığını bildirib. Tehran gəmiçilikdə potensial fasilələrə görə ABŞ və İsraili günahlandıraraq Vaşinqtonun regional sabitliyi təhlükəyə atdığını iddia edib.

Əli Balayev 

Paylaş
Şərh əlavə et