Bu gün:

Kubokda cütləşmələr müəyyənləşib


Ziraat Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələrinin püşkatma mərasimi keçirilib.

İstanbul Maliyyə Mərkəzində yerləşən Ziraat Bankı Auditoriyasında təşkil olunan tədbirdə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, Ziraat Bankının baş direktoru Alpaslan Çakar, TFF-nin 1-ci vitse-prezidenti Mecnun Otyakmaz, idarə heyətinin üzvləri, "Beşiktaş" klubunun prezidenti Serdal Adalı, "Samsunspor" klubunun prezidenti Yüksel Yıldırım, "Fənərbaxça" klubunun idarə heyətinin üzvü Ertan Torunoğulları, "Qalatasaray Sportif AŞ"nin vitse-prezidenti Abdullah Kavukcu, "Trabzonspor" klubunun idarə heyətinin üzvü Gözde Atasoy, Türkiyə A milli komandasının baş məşqçisi Vinçenzo Montella və digər rəsmi şəxslər iştirak ediblər.


Püşkatma mərasimi TFF-nin vitse-prezidenti Zehra Neşe Kavak tərəfindən həyata keçirilib.


Ziraat Türkiyə Kubokunda 3 qrupda ilk 2 yeri tutan 6 komanda və ən yaxşı 2 üçüncü yer sahibi 1/4 finala vəsiqə qazanıb. Püşkatmada "Beşiktaş", "Qalatasaray", "Samsunspor" və "TÜMOSAN Konyaspor" səpələnmiş komandalar kimi, Corendon "Alanyaspor", "Fənərbaxça", "Natura Dünyası Gənclərbirliyi" və "Trabzonspor" isə səpələnmə üstünlüyü olmayan komandalar kimi yer alıb.


Türkiyə Kubokunda 1/4 final oyunları 21, 22 və 23 aprel tarixlərində, yarımfinal qarşılaşmaları isə 12, 13 və ya 14 mayda tək oyun formatında keçiriləcək. Turnirin qalibi isə 24 may bazar günü keçiriləcək final matçında müəyyənləşəcək.


Avropada mübarizəni davam etdirən "Qalatasaray" və "Samsunspor" 1/4 finala yüksələrsə, Trendyol Super Liqanın 27-ci turunun təxirə salınmış oyunları 21, 22 və ya 23 aprel tarixlərində keçiriləcək. Bu halda kubokun 1/4 final oyunları daha sonraya keçiriləcək. Hər iki komanda Avropa yarışları ilə vidalaşarsa, liqadakı təxirə salınmış oyunlar 7, 8 və ya 9 aprel tarixlərində oynanılacaq.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə



Paylaş
Şərh əlavə et