Bu gün:

PSJ daxili çempionat oyununu təxirə salmaq üçün liqaya müraciət edib


Paris Sen‑Jermen Çempionlar Liqasındakı Liverpul qarşılaşmaları arasında daha yaxşı hazırlıq üçün daxili liqadakı “Lans” oyununu təxirə salmaq məqsədilə Peşəkar Futbol Liqası (LFP)-yə rəsmi müraciət edib. 

"Paris Sen-Jermen"in baş məşqçisi Luis Enrike

Məlumata görə, paytaxt təmsilçisi aprelin 11-də turnir cədvəlində əsas rəqiblərindən biri olan Lans klubu ilə qarşılaşmalıdır. Bu oyun isə “Liverpul”la keçiriləcək ilk və cavab matçlarının tam ortasına düşür. PSJ hesab edir ki, qarşılaşmanın təxirə salınması komandanın Avropadakı çıxışına və Fransanın UEFA reytinqindəki mövqeyinə müsbət təsir göstərə bilər. 


Lakin PSJ-nin müraciəti “Lans” rəhbərliyinin ciddi etirazına səbəb olub. Klub rəsmi açıqlama yayaraq bildirib ki, yerli liqanın maraqları ayrı-ayrı klubların Avropa ambisiyalarına tabe etdirilməməlidir. Komandanın baş məşqçisi Pyer Saj da oyunun təxirə salınmasının ədalət prinsipinə zidd olduğunu vurğulayıb.


Qeyd edək ki, LFP daha əvvəl oxşar qərarı PSJ-nin Çelsi ilə qarşılaşdığı vaxt verib və həmin dövrdə Paris təmsilçisi Nant klubu ilə oyununu təxirə salaraq növbəti mərhələyə yüksəlib. Hazırda liqa rəhbərliyinin qərarı gözlənilir.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et