"Juventus FC" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi əsas hədəflərdən biri kimi müəyyənləşdirib. "Turin" klubu bu məqsədlə "Real Madrid"-in təcrübəli stoperi Antonio Rüdigeri transfer siyahısının ön sıralarına daxil edib.
Antonio Rüdiger “Real Madrid” forması ilə vurduğu qola emosional şəkildə sevinir
24media.az sporx.com-a istinadən xəbər verir ki, mövsümün sonunda “kral klubu” ilə müqaviləsi başa çatacaq alman müdafiəçi “Yuventus”-un ciddi maraq dairəsindədir. Klub rəhbərliyi onun transferi üçün ilkin danışıqlara başlamağı planlaşdırır.
Baş məşqçi Luciano Spalletti Rüdigeri müdafiənin mərkəzində lider fiqur kimi görür. Fiziki gücü, sərt oyun üslubu və hava toplarındakı üstünlüyü ilə seçilən futbolçunun komandanın müdafiə balansına ciddi töhfə verəcəyi düşünülür.
“Yuventus”-un 33 yaşlı müdafiəçiyə 3 illik müqavilə və illik 5-6 milyon avro maaş təklif etməyə hazır olduğu bildirilir. Bu transfer baş tutarsa, Turin təmsilçisi arxa xətdə həm təcrübə, həm də sabitlik qazanmış olacaq.
Cari mövsümdə "Real Madrid" forması ilə 18 oyunda meydana çıxan Antonio Rüdiger 1 qolla yadda qalıb. Onun gələcəyi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
Ömər Cəfərov
