Keçmiş “Liverpul” baş məşqçisi Jürgen Klopp onun Real Madrid ilə əlaqələndirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Alman mütəxəssis bununla yanaşı, məşqçi karyerasını tam bitirmədiyini də bildirib.

“Red Bull” şirkətinin qlobal futbol rəhbəri Yurgen Klopp mətbuat konfransından sonra
24media.az saytı Reuters-ə istinadən bildirib ki, 58 yaşlı Klopp hazırda Red Bull şirkətində qlobal futbol rəhbəri kimi fəaliyyət göstərir. O, 9 illik uğurlu dövrdən sonra 2023-2024 mövsümünün sonunda “Liverpul”dan ayrılıb. Qeyd edək ki, Klopp “Liverpul”la işlədiyi müddətdə UEFA Çempionlar Liqası və İngiltərə Premyer Liqası da daxil olmaqla bir sıra mühüm titullar qazanıb.
Mələk Nəsirli
