Bu gün:

“Orlando City” Qrizmannı transfer edib


ABŞ-nin “Orlando City” klubu fransalı hücumçu Antuan Qrizmannın transferini rəsmən açıqlayıb. O, İspaniyanın “Atletiko Madrid” klubundan ayrılaraq yeni komandası ilə müqavilə imzalayıb.“Atletiko Madrid”in futbolçusu Antuan Qrizmann oyundan əvvəl isinmə zamanı

24media.az Reuters-ə istinadən bildirir ki, klubların yaydığı məlumata görə, futbolçunun müqaviləsi 2026-cı ilin iyul ayından qüvvəyə minəcək. Razılaşma 2027-2028 mövsümünün sonuna qədər nəzərdə tutulub. Müqavilədə əlavə olaraq 2028-2029 mövsümü üçün uzadılma opsiyası da yer alıb. Qeyd edək ki, “Atletiko Madrid” tarixinin ən yaxşı bombardiri olan Qrizmann karyerasını ABŞ-nin MLS liqasında davam etdirəcək.

Nazim Xeyrxəbərli 

Paylaş