Bu gün:

Tramp danışıqların aparılması üçün İran əməliyyatını dayandırıb


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsinin qəti həllinə yönələn İranla məhsuldar danışıqların aparıldığını elan edib. O, "TruthSocial" platformasında müzakirələrin konstruktiv xarakterini yüksək qiymətləndirib.

Donald Tramp

24media.az News.ru saytına istinadən xəbər verir ki, ABŞ-nin prezidenti Donald Trampın sözlərinə görə, o Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı bütün hərbi hücumları beş gün təxirə salmağı tapşırıb, bir şərtlə ki, davam edən görüşlər və danışıqlar uğurla davam edilsin. 

Tramp daha əvvəl bildirib ki, Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, İran elektrik stansiyalarını məhv edəcək. O, ABŞ-nin ən böyük obyektdən başlayacağını bildirib. İran ultimatumu rədd edərək əks-təhdidlər irəli sürüb.

Bundan əvvəl Amerika lideri Amerikanın NATO müttəfiqlərinin əksəriyyətinin İrana qarşı hərbi əməliyyatda iştirak etməkdən çəkinməsindən şikayətlənib. Onun sözlərinə görə, demək olar ki, bütün NATO ölkələri İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi ilə razıdırlar, lakin onlar hərbi əməliyyatlarda iştirak etməkdən imtina ediblər.

Əli Balayev

Paylaş
Şərh əlavə et